Ağır xəstəlikdən əziyyət çəkən azyaşlının müalicəsi üçün toplanan pulları oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Ağır xəstəlikdən əziyyət çəkən azyaşlının müalicəsi üçün toplanan pulları oğurladı

Kriminal

03 Mart 2026 17:03 344


Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib. pizza hut

Faktla bağlı araşdırma davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!