"Ağlamağı kənara qoymalıyıq. Güclənib düşmənə tərəf getməliyik".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Əməkdar artist Aybəniz Haşımova "Şou Atv" verilişinin qonağı olarkən söyləyib.
Müğənni Xocalı soyqırımı ilə bağlı danışıb. O, xalqı ağlamağa yox düşmənə qarşı hücuma keçməyə səsləyib:
"Bu bir insanlıq soyqırımıdır. Ermənilər bizdən fərqli olaraq uşaq dünyaya gələn kimi qulağına lay-lay əvəzinə "türk sənin düşmənindir" deyir. Mən təklif edirəm ki, bizim analar da övladlarına lay-lay deməyi yığışdırsınlar. Çünki bu tək 1992-ci ildə baş verib bitmədi. Biz bu gün də şəhid veririksə, demək ki, bu faciə hələ də davam edir. Ağlamağı kənara qoymalıyıq. Güclənib düşmənə tərəf getməliyik. Dövlətimizin yanında olmalıyıq ki, torpaqlarımızı geri alaq. Ağlamaq zamanı deyil".
Qeyd edək ki, Əməkdar artistin həyat yoldaşı Xaliq Quliyev Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Telegram kanalımız