Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada avtomobil körpüdən aşdı, yaralılar var

Hadisə

31 May 2020 21:54 919


Ağstafa rayonunun Poylu kəndində "VAZ" markalı minik avtomobilinin körpüdən aşıb.

Yenisabah.az xəbər verir ki, "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 2 nəfər, Yenigün kənd sakini, 1981-ci il təvəllüdlü İbrahimov Vidadi Vaqif oglu və Qaçaq Kərəm kənd sakini, 1979-cu il təvəllüdlü Abdullayev Həsən İsrafil oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə zamanı avtomobildə olan daha bir nəfər isə yüngül xəsarət alıb. Ona ambulator yardım göstərilib. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!