2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Ağstafa rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Ağstafa rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Ağstafa Rayon Baytarlıq İdarəsinin 14 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır.
Hazırda Ağstafa Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 26400 baş iribuynuzlu, 73 min baş xırdabuynuzlu, 4200 baş təkdırnaqlı heyvan, 6100 baş it, 6 min arı ailəsi və 256 min başdan artıq ev quşuna baytarlıq xidməti göstərir. pizza sifarişi
Ağstafa rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda bruselyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur.
Telegram kanalımız