Ağstafada heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələrin icrasına başlanılıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Hazırda Dövlət Baytarlıq Xidmətinin Ağstafa Rayon Baytarlıq İdarəsi ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 13834 baş iribuynuzlu, 1494 baş təkdırnaqlı heyvanda qarayara, 1822 baş qapı itində isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparıb, eləcə də 954 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 3250 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görüb. Tədbirlər davam etdirilir. pizza
Telegram kanalımız