Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Dağ Kəsəmən ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olarkən, hələlik markası məlum olmayan avtomobil 1951-ci il təvəllüdlü Əfəndiyev Maqsudun idarə etdiyi “VAZ 2104” markalı avtomobili vuraraq qaçıb.
Qəza zamanı sürücü M.Əfəndiyev və onun qızı, 1985-ci il təvəllüdlü Əfəndiyeva Leyla Maqsud qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız