Ağstafada top mərmisi və əl qumbarası tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada top mərmisi və əl qumbarası tapıldı - Foto

Hadisə

18 Sentyabr 2019 15:34 1162


Ağstafa rayonunda top mərmisi və əl qumbarası tapılıb. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Yeni Sabah"a verilən məlumata görə, sentyabr 18-i saat 12:03-də Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. pizza mizza

Agentliyin mütəxəssisləri və DSX-nin  əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarınabaxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Əl qumbarasının ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilən zaman əlavə olaraq 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) və 1 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) PQ-2 raketi aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatlar (PHS) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!