Ağsu-Xanbulaq yolu aşınma nəticəsində qısa müddətə bağlanıb

saytların hazırlanması

Evə çatdırılma

Ağsu-Xanbulaq yolu aşınma nəticəsində qısa müddətə bağlanıb

Avto

01 Aprel 2019 22:29 1180


Bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Yeni Sabah”a verilən məlumata əsasən, nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.

Dərhal əraziyə Agentiyin texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub. Sezar pizza

Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!