Ağsu rayonunda taxıl sahəsində yanğın baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Bico kəndi ərazisində qeydə alınıb.
Əraziyə Ağsu rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən avtomobili və 18 nəfər canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə nəticəsində 2,6 hektar biçilmiş, 0,40 hektar isə biçilməmiş taxıl sahəsi yanıb. Pepperoni pizza
Hazırda dəymiş ziyanın məbləği müəyyənləşdirilir, yanğının başvermə səbəbləri araşdırılır.
Telegram kanalımız