Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...

saytların hazırlanması

Evə çatdırılma

Aİ-92 benzini ilə bağlı VACİB XƏBƏR: Bu gedişlə...

İqtisadiyyat

20 May 2025 12:25 4102


“2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılılığımız kəskin artır.  Hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik”.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi  avtomobil benzininin istehsal həcminin illik müqayisədə (2025-cü ilin ilk 4 ayında, 2024-cü ilin ilk 4 ayına nisbətən) 17% azalaraq 424.4 min tona düşdüyünü bildirib:

“Azərbaycan bu ilin ilk rübündə xaricdən 53.3 min ton və ya 42.21 mln. dollar həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən  çox artım deməkdir. Yəni, adi Aİ-92 markalə benzini belə xaricdən alırıq, bunun üçün hər ay 15 mln. dollar vəsait xərcləyirik, bu gedişlə 2025-ci ildə tək Aİ-92 markalı benzin idxalına 180 mln. dollar xərcləməli olacağıq”. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!