Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının vaxtı məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının vaxtı məlum oldu

Siyasət

12 İyul 2022 19:47 828


İyulun 19-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının on səkkizinci iclası keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytı məlumat yayıb.

Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edəcək. pizza hut

Əməkdaşlıq Şurası Aİ-Azərbaycan ikitərəfli münasibətlərində mövcud vəziyyəti və növbəti addımları müzakirə edəcək, diqqəti Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığa, eləcə də Şərq Tərəfdaşlığına, İqtisadi və İnvestisiya Planının icrasına yönəldəcək.

Daha sonra Əməkdaşlıq Şurası siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!