Aİ Azərbaycan və Ermənistana çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Aİ Azərbaycan və Ermənistana çağırış etdi

Siyasət

03 Avqust 2022 20:57 938


Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Laçın dəhlizi ətrafında və təmas xəttinin digər yerlərində baş vermiş hərbi toqquşmaları dərhal dayandırmağa çağırır.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stanonun bəyanatında qeyd olunub.

“Təəssüflər olsun ki, bu toqquşmalar artıq insan tələfatına və yaralanmalara səbəb olub. Gərginliyi azaltmaq, atəşkəsə tam hörmət etmək və danışıqlar yolu ilə həll yollarını axtarmaq üçün danışıqlar masasına qayıtmaq vacibdir”,- deyə bəyanatda qeyd olunub. pizza mizza

Peter Stanon Avropa İttifaqının gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!