Aİ Bakı və İrəvan arasında delimitasiya ilə bağlı BƏYANAT YAYDI

saytların hazırlanması

Evə çatdırılma

Aİ Bakı və İrəvan arasında delimitasiya ilə bağlı BƏYANAT YAYDI

Siyasət

04 Noyabr 2022 13:46 1021


Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın sərhədlə bağlı məsələlərin həlli üzərində işləri davam etdirməyə hazırlığını yüksək qiymətləndirir.

Yenisabah.az Trend-ə istinadla bildirir ki, bu barədə ötən gün Brüsseldə keçirilmiş danışıqların yekununda Aİ Xarici siyasi xidmətinin bəyanatında deyilir.

Bəyantda qeyd olunur: "Aİ görüşün keçirildiyi müsbət mühiti və tərəflərin sərhədlə bağlı məsələlərin həlli, eləcə də təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşdırılması üzərində işləri davam etdirməyə hazırlığını yüksək qiymətləndirir". Marqarita pizza

Bu görüş Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmalardan sonra baş tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!