Aİ-dən sərhəd gərginliyi ilə bağlı Bakı və İrəvana   TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Aİ-dən sərhəd gərginliyi ilə bağlı Bakı və İrəvana TƏKLİF

Siyasət

21 Avqust 2021 00:28 8247


Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına kömək etməyə hazırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ -nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, təşkilat 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatdan sonra hərbi əməliyyatların dayandırılmasını alqışlayır. Marqarita pizza

"Avropa İttifaqı tərəfləri atəşkəs razılaşmalarına ciddi riayət etməyə və insan itkisinin qarşısını almağa çağırır. Aİ mübahisələrin həlli vasitəsi kimi güc tətbiq edilməsinin qəti əleyhinədir. Təşkilat Ermənistanla Azərbaycan arasında beynəlxalq səviyyədə tanınmış sərhəddə gərginliyin dərhal dayandırılmasına, təmkinli olmağa, delimitasiya və demarkasiya prosesinə başlamağa çağırır. Aİ sərhədlərin delimitasiyasına kömək etməyə hazırdır", - məlumatda qeyd olunub./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!