Aİ Gürcüstana üzvlük anketi təqdim etdi

Aİ Gürcüstana üzvlük anketi təqdim etdi


Genişlənmə və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varhelyi aprelin 11-də Lüksemburqda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə sorğu anketi təqdim edib. 

Yenisabah.az “İmedi”yə istinadla xəbər verir ki, təqdimetmə zamanı avropalı komissar bildirib:

“Bu, ölkənizin siyasi və iqtisadi vəziyyəti bilmək istədiyindən irəli gələn bir anketdir. Anketin digər hissəsi qanunvericiliyinizin Avropa qanunvericiliyinə uyğunluğu məsələsidir. Bu, bizim tərəfdən Avropa yolunda ilk addımınızdır. Biz, həmçinin qaydaların tələb etdiyi kimi, fikrinizi Avropa Şurasına çatdırmaq üçün sizinlə çox becid işləməyə hazırıq", - deyə Varhelyi qeyd edib.

Gürcüstan hakimiyyətinə təqdim olunan 40 səhifəlik anket 369 sualdan ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!