Aİ: “Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”

saytların hazırlanması

Evə çatdırılma

Aİ: “Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”

Siyasət

08 Mart 2023 16:46 717


“Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”. 

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb. 

O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Aİ layihəsinin açarıdır”.  Marqarita pizza

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. 

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!