Hindistanda səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen bu ölkəyə Avropa hərbi texnikalarının satışının artırılmasını və azad ticarət sazişi üzrə danışıqların bərpasını müzakirə edəcək.
Yenisabah.az NDTV-yə istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Aİ rəsmisi məlumat yayıb .
Der Leyen aprelin 25-də Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək. pizza
Aİ rəsmisinin sözlərinə görə, onun səfəri Qərbin Hindistanı Ukraynadakı müharibəyə görə Rusiya ilə əlaqələri kəsməyə inandırmaq səylərinin bir hissəsidir:
“Bir sıra Qərb liderləri hansı alternativləri təklif edə biləcəyimizi öyrənmək üçün indi Hindistanla əlaqə saxlayır. Problem ondadır ki, bu əlaqələri inkişaf etdirmək, texnologiya üzərində birgə işləmək və Hindistanı düşərgəmizə cəlb etmək istəyirik. Bu, səfərin əsas başlanğıc nöqtəsidir" – deyə rəsmi qeyd edib.
Xatırladaq ki, Hindistan BMT Təhlükəsizlik Şurasının Ukrayna böhranı ilə bağlı sessiyasının çağırılması məsələsində səsvermədə bitərəf mövqe tutub. Bu, Qərb paytaxtlarında ciddi narahatlıq yaradıb.
Telegram kanalımız