YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Aİ Lukaşenkonun Abxaziya səfərini pislədi

Aİ Lukaşenkonun Abxaziya səfərini pislədi

Siyasət

29 Sentyabr 2022 22:07 651


“Aİ Belarus prezidenti Aleksandr Lukaşenkonun qondarma Abxaziyaya səfərini kəskin şəkildə pisləyir və bunu beynəlxalq hüququn pozulması hesab edir”.

Yenisabah.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Birliyin xarici siyasi xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

Xatırladaq ki, sentyabrın 28-də Lukaşenko ilk dəfə Abxaziyaya rəsmi səfər edib və “respublika rəhbəri” Aslan Bjaniya ilə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edib. Bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayaraq Belarus prezidentini dövlət sərhədini pozmaqda ittiham edib. Departament bəyan edib ki, səfər beynəlxalq hüququn fundamental prinsip və normalarının kobud şəkildə pozulmasıdır.

“Biz Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini qətiyyətlə pisləyirik. Biz bunu Gürcüstanın suverenliyinin, ərazi bütövlüyünün pozulması və beynəlxalq hüququn pozulması hesab edirik”, - deyə Stano bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!