Aİ missiyası Həkəri çayına qədər gəlib çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Aİ missiyası Həkəri çayına qədər gəlib çıxdı

Rəsmi

22 İyun 2023 12:08 1421


Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyası və Avropa Parlamentinin (AP) deputatları Azərbaycan-Ermənistan sərhədinin Həkəri körpüsü yaxınlığındakı hissəsinə baş çəkiblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasısı “Twitter“də yazıb.

Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin rəhbəri Natali Loiseau Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı əraziyə baş çəkiblər. pizza hut

Onlar bu yaxınlarda silahlı insident baş verən yerdə avropalı müşahidəçilərin işi ilə tanış olublar.

Xatırladaq ki, 15 iyun tarixində hərbçilərimiz ölkəmizin suveren ərazisi olan Həkəri körpüsündə Azərbaycan bayrağını ucaldıb və bu zaman Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açıb, bir hərbçimiz yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!