Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində:   “Nə qərar çıxaracaqlar?”

saytların hazırlanması

Evə çatdırılma

Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində: “Nə qərar çıxaracaqlar?”

Siyasət

14 Oktyabr 2022 12:10 1067


“Düşünmürəm ki, Aİ-nin mülki sərhəd missiyası sona yetəndən sonra prosesdə hər hansı bir sıçrayış baş versin”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

O, bu gün İrəvana gələn Avropa İttifaqının (Aİ) mülki missiyasının yaxın zamanda Azərbaycan-Ermənistan sərhədinə edəcəyi səfərdən söz açıb: Sezar pizza

“Sərhəddə yeni bir proses müşahidə olunmur. Missiyanın gəlişi Ermənistan tərəfinin xahişidir. Çünki Ermənistan bar-bar bağırırdı ki, Azərbaycan guya onların ərazi bütövlüyünü pozub. Biz isə öz torpaqlarımızdayıq.

Heç təsəvvür etmək də mümkün deyil ki, o missiya orada nəyi müşahidə edəcək? Hansı sərhədləri müşahidə edəcək? Delimitasiya və demarkasiya indiyə qədər heç başlamayıb. Bunlar nəyi təyin edəcəklər? Nə qərar çıxaracaqlar? Məlum deyil”.

“Sadəcə olaraq düşünürəm ki, onların missiyası formal xarakter daşıyır və vəziyyəti nəzərə alaraq Aİ təmsilçiləri həmişəki kimi işi malalayıb, Ermənistanla Azərbaycanı eyni tərəziyə qoyub, hər ikimizi sülhə çağıracaqlar. Daha sonra isə sərhədləri demarkasiya etmə çağırışları səslənəcək. Ona görə də mən Aİ mülki missiyasından hər hansı bir ciddi nəticə gözləmirəm”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!