Aİ Navalnıya görə yeni sanksiyalar tətbiq edəcək

saytların hazırlanması

Evə çatdırılma

Aİ Navalnıya görə yeni sanksiyalar tətbiq edəcək

Dünya

07 Mart 2024 13:21 631


Aİ Aleksey Navalnının ölümü ilə əlaqədar sanksiyalar hazırlayıb.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, yeni məhdudlaşdırıcı tədbirlər haqqında sənəd layihəsinə əsasən qara siyahılara 35 nəfər, o cümlədən bir neçə dövlət məmuru və həbsxana sisteminin işçiləri, hakimlər, həmçinin iki islah koloniyası - "Xarp" və "Melexovo" daxil ola bilər.

A. Navalnı fevralın 16-da gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib. Reanimasiya tədbirləri müsbət nəticə verməyib. Navalnı martın 1-də Moskvada Borisov qəbiristanlığında dəfn edilib. Toyuqlu pizza

Martın 5-də Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Navalnı təbii səbəblərdən ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!