Aİ-nin Bakıdakı rəsmisi İrəvanda səfir olacaq

saytların hazırlanması

Evə çatdırılma

Aİ-nin Bakıdakı rəsmisi İrəvanda səfir olacaq

Rəsmi

20 Aprel 2023 16:14 890


Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell Avropa İttifaqının 41 nümayəndə heyətinin rəhbəri və 1 müvəqqəti işlər vəkilinin təyin olunduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Borel Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbərinin də namizədliyini irəli sürüb. Maraqos Vasilisa Avropa İttifaqının Ermənistandakı səfiri vəzifəsinə namizəd göstərilib.

O, hazırda Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Bosniya və Herseqovina və Kosovo üzrə şöbəsinin rəhbəridir. M. Vasilisa əvvəllər həmin Baş Direktorluqda Ermənistan, Azərbaycan, Belarus və Şərq Tərəfdaşlığı şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Toyuqlu pizza

O, təyin olunarsa, missiyasını başa vuran Andrea Viktorini əvəz edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!