Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar siyahısına Ermənistana aid şirkət də daxil edilib.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, sanksiya siyahısına 87 şirkətin adını daxil edib.
Bu sanksiyalarla həmin şirkətlərə yüksək texnologiyalı malların, o cümlədən ikili təyinatlı malların satılmasına məhdudiyyətlər tətbiq edilməsi nəzərdə tutulub ki, həmin şirkətlər bu tip malları Rusiyaya təkrar satmasınlar. Toyuqlu pizza
Siyahıya Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Ermənistan şirkətləri də daxildir.
Ermənistana aid “Taco MMC” adlı bir şirkət sanksiyalar siyahısına daxil edilib.
Qeyd olunub ki, bu şirkət elektronikanın topdan satışı ilə məşğuldur.
Telegram kanalımız