Aİ-nin vasitəçiliyi, Laçında nəzarət məntəqəsi və müşahidəçi missiya... -   “Malı mala qatmayaq”

saytların hazırlanması

Evə çatdırılma

Aİ-nin vasitəçiliyi, Laçında nəzarət məntəqəsi və müşahidəçi missiya... - “Malı mala qatmayaq”

Siyasət

20 Fevral 2023 12:58 1858


“Azərabycanın Laçında sərhəd-keçid məntəqəsini yaratmaq istəyi çox məntiqlidir. Çünki ərazi baxımından bütün hüquqlarımız tam bərpa olunmalıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş Cənubi Qafqaz panelində Prezident İlham Əliyevin Laçında sərhəd-keçid məntəqəsinin yaradılması təklifini şərh edib. pizza hut

F. Şəfiyevin sözlərinə görə, Prezidentin bu yanaşması ona işarə edir ki, Azərbaycanın hədəfi bütün ərazilərində inzibati strukturlarını yaratmaqdır:

“Hazırda Rusiya sülhməramlıları Laçın yolunda və Qarabağın bir hissəsində yerləşib, amma bu, müvəqqətidir və biz bunu həmişə demişik. Təmasda olduğum xarici nümayəndələr də bunu inkar etmir. Yəni kimliyindən asılı olmayaraq, hər kim Azərbaycanın ərazisinə daxil olub-çıxırsa, Azərbaycan buna nəzarət etməlidir. Bundan başqa, nə gəlir və nə çıxırsa, buna da nəzarət olmalıdır.

Amma bu tələbin qarşılığında Azərbaycana siyasi təzyiqlər göstərilir, “humanitar böhran”, “blokada” ifadələrindən istifadə edirlər. Bununla belə, hamı artıq dərk edib ki, gec-tez Azərbaycan hədəflərinə çatacaq”.

BMTM sədrinin sözlərinə görə, Rusiya Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında maraqlı deyil:

“Avropa İttifaqının Ermənistana göndərdiyi mülki missiya da mübahisəli  məsələdir.  Lakin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilik fəaliyyəti isə digər bir məsələdir. Yəni sadə dillə desək, malı mala qatmayaq.

Şarl Mişelin vasitəçiliyi 2022-ci ildə ümumən uğurlu olub və 4 görüş keçirilib. Təəssüf ki, bu prosesə həm Fransa müdaxilə edib, həm də Ermənistan tələb edib ki, format dəyişsin. Yəni Şarl Mişel tərəfindən hər hansı bir qeyri-konstruktiv addım atılmayıb”.

Digər tərəfdən, Fransa və onu dəstəkləyən bir sıra dövlətlər Avropa İttifaqı mülki missiyasının bölgəyə göndərilməsini təşkil etmişdilər. Təbii ki, bu, Azərbaycan üçün müəyyən dərəcədə qəbuledilməzdir. Amma vasitəçilik ayrı bir məsələdir və onun müsbət potensialı hələ ki tükənməyib.

Mən buna çox inanmıram. Çünki ermənilər özlərini hər dəfə qeyri-sabit aparırlar. Baş nazir Paşinyan bir gün bir şey deyir, ikinci gün tamamilə ayrı şey. Onun çıxışlarından bunu aydın sezmək olur”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!