Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının nümayəndələri noyabrın 27-29-da Ermənistanda səfərdə olacaq.
Yenisabah.az xəbər verir ki, səfərlə əlaqədar olaraq Avropa İttifaqı ilə Ermənistan arasında investisiya koordinasiyası platformasının fəaliyyətə başlaması elan ediləcək.
Aİ ilə Ermənistan arasında münasibətlər müxtəlif aspektlərdə müzakirə olunacaq, onların dərinləşdirilməsinin mümkün istiqamətləri nəzərdən keçiriləcək. pizza mizza
Səfərdə olan nümayəndə heyəti Ermənistan hökumətinin yüksək vəzifəli nümayəndələri ilə yanaşı, BMT və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək.
Telegram kanalımız