Aİ qanunlarını pozan “Meta“ cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Aİ qanunlarını pozan “Meta“ cərimələndi

Rəqəmsal

22 May 2023 14:37 7532


"Facebook"un ana şirkəti "Meta" Aİ-nin məlumat qanunlarını pozduğuna görə rekord məbləğdə cərimələnib.

Yenisabah.az AFP-ya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı adından fəaliyyət göstərən İrlandiya Məlumatların Mühafizəsi Komissiyası (DPC) məlumat yayıb.

“Facebook”un sahibi "Meta" əvvəlki məhkəmə qərarını pozaraq Aİ-nin istifadəçi məlumatlarını ABŞ-a ötürdüyünə görə 1,2 milyard avro (1,3 milyard dollar) cərimələnib. pizza

DPC 2020-ci ildən bəri "Meta Ireland"ın şəxsi məlumatların Aİ-dən ABŞ-a ötürülməsini araşdırır.

"Meta" bəyanat yayaraq qərarın "qüsurlu, əsassız olduğunu və digər şirkətlər üçün təhlükəli presedent olduğunu" bildirib.

"Biz həm qərarın mahiyyətinə, həm də cəriməyə etiraz etmək niyyətindəyik", - "Meta"-nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq və baş hüquq işçisi Cennifer Nyustead açıqlamalarında bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!