Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Ukraynaya Avropa Sülh Fondundan silah alınması üçün daha 500 milyon avro ayrılması və ümumi məbləğin 2 milyard avroya çatdırılması barədə qərarı təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasət üzrə ali nümayəndəsi Josep Borrell açıqlayıb.
“Biz silah təchizatı üçün əlavə 500 milyon avro ayırmağa qərar verdik. İndi Avropa Sülh Fondundan yardımın məbləği 2 milyard avroya çatır”, - deyə o qeyd edib. pizza mizza
Borrell Ukraynaya verilən silahları "ağır" adlandırmayacağına da aydınlıq gətirib. "Söhbət adi silah növlərindən gedir - tanklar, artilleriya və digərlərindən", - deyə o vurğulayıb.
Avropa diplomatiyasının rəhbəri onu da qeyd edib ki, Avropa Sülh Fondundan maliyyələşdirilən hərbi yardım Ukraynaya digər silah tədarükündən fərqli olaraq təmənnasız xarakter daşıyır.
O, həmçinin bildirib ki, Aİ Ukrayna ərazisinin bir kvadrat kilometrinin Rusiya Federasiyasına birləşdirilməsini heç vaxt tanımayacaq:
“Aİ Ukrayna ərazisinin bir kvadrat kilometrinin də Rusiyaya ilhaqını tanımır. Eləcə də Krımın ilhaqını tanımırıq və heç vaxt tanımayacağıq. Aİ Ukraynanın suverenlik və ərazi bütövlüyünü tam dəstəklədiyini vurğulayıb”.
Telegram kanalımız