“Aidiyyəti qurumlar hara baxır?!“ - Tanınmış aparıcı üsyan etdi

saytların hazırlanması

Evə çatdırılma

“Aidiyyəti qurumlar hara baxır?!“ - Tanınmış aparıcı üsyan etdi

Maraqlı

03 Sentyabr 2020 18:05 1771


"Bununla artıq AzTV-nin neçənci əməkdaşıdır ki, o yolda maşın vurub öldürür. Çətindirmi Parlament prospektində düzgün sürət həddi təyin etmək, lazımi yerlərdə yol nişanları quraşdırmaq?”

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Alidə Mustafayeva soail şəbəkə hesabında yazıb. 

O, ötən gün Səbail rayonunun Parlament prospektində avtomobillə vurularaq dünyasını dəyişən AzTV əməkdaşı Sərxan Məmmədov haqda danışıb; Dördpendirli pizza

“Aidiyyəti qurumlar hara baxır?! Yazıq deyildimi o 34 yaşlı iki uşaq atası?! Hətta, yazıq Qəbələdən treninqə gəlibmiş. Qismət. Analoji hadisə mən AzTV-də işləyəndə də baş vermişdi. Suflerda işləyən cavan xanımı həmin yerdə maşın vurub öldürmüşdü. Hətta, o vaxt deyirdilər ki, bu artıq neçənci haldır. Bu nə qədər belə davam edəcək?!"

Xatırladaq ki, AzTV-nin əməkdaşı dünən yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Hadisə Parlament prospektində qeydə alınıb. Belə ki, telekanalın operatoru Məmmədov Sərxan Məhəmməd oğlunu yolu keçərkən avtomobil vurub. Onun həyatını xilas etmək mümkün olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!