Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri 29 may tarixini Aİİ Günü elan etmək niyyətindədir.
Yenisabah.az, xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov mayın 27-də Ali Şuranın onlayn iclasında deyib:
"İcazə verin, sizi Avrasiya İqtisadi Komissiyasının yaradılmasının 10 illiyi və bu gün, mayın 29-da təyin etməyi planlaşdırdığımız qarşıdan gələn Aİİ Günü münasibətilə bir daha təbrik edim". pizza sifarişi
Qırğızıstan prezidentinin sözlərinə görə, mayın 29-nun Aİİ Gününün elan edilməsi qərarı ittifaqın yaradılması ilə bağlı sazişin imzalanması günü ilə bağlıdır.
Qeyd edək ki, Ali Avrasiya İqtisadi Şurasının hazırkı sessiyasında Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, həmçinin, müşahidəçi qismində Özbəkistan və Kuba liderləri iştirak edirlər.
Rusiya Prezidenti Vladimir Putin 29 Mayın Aİİ Günü elan edilməsini düzgün hesab edir.
Xatırladaq ki, səkkiz il əvvəl, 29 may 2014-cü ildə Aİİ yaradılıb.
Telegram kanalımız