Ailə dostundan Talıbovun bacanağına külli miqdarda   DƏLƏDUZLUQ

saytların hazırlanması

Evə çatdırılma

Ailə dostundan Talıbovun bacanağına külli miqdarda DƏLƏDUZLUQ

Kriminal

31 Dekabr 2025 18:19 2505


Naxçıvan şəhərində “Hell Energy” məhsullarının rəsmi distribyutoru olan “Collabera” MMC-nin sahibi Hümbət Qəhrəmanova qarşı külli miqdarda dələduzluq olub.

"Yeni Sabah" xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, Hümbət Qəhrəmanovun pulunu mənimsəyən Kamal adlı ailə dostu olub.

183 min manatı mənimsəyən Kamal “Hell” içkilərini obyektlərə paylayıb pulu alsa da, məhsulları satdığı adamların adına saxta borc yazıb. Sonradan işin üstü açılıb və Hümbət Qəhrəmanov dostunu hüquq-mühafizə orqanlarına şikayət edib. Pepperoni pizza

Hümbət Qəhrəmanova dəyən zərər sonradan geri ödənilib.

Qeyd edək ki, Hümbət Qəhrəmanov məmur övladı olub. Onun atası Elçin Qəhrəmanov uzun illər Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olub.

Hümbət Qəhrəmanov Muxtar Respublikanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə ailə həyatı qurandan sonra Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovla bacanaq olub.

Hümbət Qəhərəmanov Vasif Talıbovun vəzifədə olduğu dönəmdə Naxçıvanda xərçəng biznesi ilə də məşğul olub, Talıbovlara məxsus “Sizin” marketin idarəçiliyi onun ixtiyarına verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!