“Ailəsi Anara bunca işgəncə verilməsinə niyə razı olur?”   - Yazıçıdan etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Ailəsi Anara bunca işgəncə verilməsinə niyə razı olur?” - Yazıçıdan etiraz

Yazar

26 Oktyabr 2022 11:23 2689


Yazıçı Aslan Quliyev Yazıçılar Birliyinin sədri Anar barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında Anarın görüntüsünü paylaşan yazıçı ona yazığı gəldiyini, artıq vəzifədən getməli olduğunu vildirib:

“Anarın bu fotosuna baxdım. Tam səmimi deyirəm, ürəyim ağrıdı. Bu adamdan istifadə eləyib evlər, pullar alan, kitablarını xaricdə çap elətdirən, xaricə səfərlərə gedən və elə buna görə də Anara xoş gəlmək üçün şərəfsizlik eləyənləri, hər cür ikrah doğuran üsullara əl atanları başa düşürəm. Bəs ailəsi, doğmaları niyə ona bunca işgəncə verilməsinə razı olurlar? Doğrudanmı pula belə ehtiyacları var, məcbur qalıb adama bunca əzab verilməsinə, nüfuzunu bunca itirməsinə, vaxtilə ölkənin sayılıb seçilən yazıçısının lağlağı hədəfinə çevrilməsinə dözürlər? Doğrudanmı onun nə qədər incidiyinin, əzab çəkdiyinin fərqində deyillər?” pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!