Xəbər verildiyi kimi "Qəbələ"nin prezidenti Tale Heydərov vəzifəsindən istefa verib.
"Yeni Sabah" bunun kluba nə kimi təsirlərinin ola biləcəyi haqda idman jurnalisti İlkin Xəlilovun fikirlərini öyrənib:
"Azərbaycan elə bir ölkədir ki, nəyisə planlaşdırmaq çox çətindir. Bu istefa "Qəbələ"nin sonunu gətirəcək və ya gətirməyəcək, bu barədə qəti heç nə deyə bilmərəm, hər şey ola bilər. Ola bilsin ki, tam başqa bir adamın üzərinə düşsün, klubu öz himayəsinə götürsün və yaxud ola bilər ki, klub daha az büdcə ilə çempionatda qalıb oynasın, daha çox uşaq futbolunun inkişafına diqqət ayırsın. Biz bilirik ki, "Qəbələ"nin yaxşı uşaq akademiyası, bazası, stadionları var. Bu cür komandanın ləğv olunması, fəaliyyətini dayandırması orada görülən işlərə də, Azərbaycan futboluna da böyük zərbə olar. Ora milyonlarla vəsait sərf olunub, insan əməyi var, nə qədər əziyyət çəkilib. Buna görə də akademiyada yetişən uşaqları, bizim gələcəyimizi məhv eləmək olmaz. Hansısa formada komandanı yaşatmaq lazımdır". pizza
Naibə Məmmədova
Telegram kanalımız