Akif Nağı Qarabağ Komitəsindən imtina etdi: “Hörmətsizlik edildi“

saytların hazırlanması

Evə çatdırılma

Akif Nağı Qarabağ Komitəsindən imtina etdi: “Hörmətsizlik edildi“

Siyasət

11 Mart 2019 13:58 1070


Ötən gün Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, QAT Ali Məclisinin sədri Barat İmani iclası aparıb. İclasda dövlət himni oxunub, şəhidlərin ruhu yad edilib. İclasın gündəliyi təsdiq edildikdən sonra təşkilati məsələlərə baxılıb,  tanınmış ictimai xadim Nəriman Qəhrəmanlı QAT Ağsaqqallar Şurasına, Qarabağ döyüşçüləri Rövşən Əliyev, Fazil Şahverdiyev, Hürriyət Məmmədov, Aprel döyüşləri qazisi Cavid Həşimov, gənc fəal Elçin Məmmədov QAT Ali Məclisinə üzv seçiliblər.

Sonra QAT sədri Akif Nağı Ali Məclisin 29 dekabr 2018-ci il iclasından sonrakı dövr ərzində görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib, hazırki vəziyyət, Qarabağ Komitəsinə münasibət və təşkilatın cari vəzifələri ilə bağlı geniş məruzə edib. Məruzə ətrafında Barat İmani, Arzu İsmayılov, Elxan Rəhimov, Səyyarə İsmayılova, Tağı Kazımov, Hacıağa Nuri, Cavid Həşimov, Rövşən Fətiyev, Şaiq Süleymanov, Rövşən Əliyev, Svetlana Şamil, Azər Əliyev, Mürsəl Həsənov, Almaz Allahaverdiyeva, Fazil Şahverdiyev, Şakir Abbas, Fəridə Əsgərova və digərləri çıxış edərək fikirlərini, təkliflərini bildiriblər.  pizza

Sonda böyük əksəriyyətin səs çoxluğu ilə qəbul edilmiş qərarda göstərilib:

1. QAT sədrinin ötən hesbat dövrü ilə bağlı məlumatı və məruzəsi nəzərə alınsın.

2. Qarabağ Komitəsində QAT sədrinə qarşı hörmətsizlik edildiyini, Komitənin bəzi üzvləri tərəfindən yol verilən siyasi möhtəkirlik meyllərinin güclənməsi və bəzi digər məsələləri əsas götürərək QAT-ın Qarabağ Komitəsində qalması məqsədəuyğun hesab edilməsin.

3. QAT-ın daha geniş və güclü Qarabağ mərkəzinə çevrilməsi istiqamətində fəaliyyət göstərilsin.

4. QAT-ın diaspor təşkilatları ilə əlaqələri genişləndirilsin.

5. Qarabağ - Dünya Azərbaycanlılarının Milli İdeyasıdır platforması geniş şəkildə təbliğ edilsin.

6. İşğalçı Ermənistana qarşı azadlıq müharibəsi ideyası geniş şəkildə təbliğ edilsin.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!