Bu gün Qarabağ Komitəsinin iclası keçirilib. İclasda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının komitənin idarə heyətindəki üzvlüyünə xitam verilib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı QK-ya üzv olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə QK-nın mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı məlumat verib:
"Eyni zamanda ADR Hərəkatının təmsilçisi Əlövsət Sadıqlı və VHP təmsilçisi Felmar Alakbarli yekdilliklə Qarabağ Komitəsinin İdarə Heyətinin yeni üzvləri seçiliblər. Ölkəmizdən kənarda mühacir həyatı yaşayan Cavid Cabbarlı, İmadəddin İsrafilov və gənc fəallardan Səddam Nəcəfov yekdilliklə Qarabağ Komitəsinin üzvü seçiliblər. Komitə 16 mart mitinqinin kütləvi təbliğatına qərar verib. İdarə Heyətinin iclasından sonra Qarabağ ətrafında baş verən hərbi-siyasi vəziyyət haqqında müzakirələr başlayıb". Dördpendirli pizza
Telegram kanalımız