Keçmiş Baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilən “Akkord Sənayeni Tikinti İnvestisiya Korporasiyası” ASC-nin adı daha bir qalmaqalda hallanır.
Yeni Balaxanı qəsəbəsinin sakinləri Yenisabah.az-a bildirib ki, ASC-yə daxil olan asfalt zavodunun yük maşınları avtomobil yolunu yararsız hala salıb. Bu azmış kimi yola torpaq və daş qırıntıları tökülüb. Bu isə hərəkəti demək olar ki, tamamilə mümkünsüz edib.
Sakinlərin sözlərinə görə, “Akkord” şirkəti Bakının əksər qəsəbələrinin yollarını asfaltlayır. Bu zaman Yeni Balaxanının yollarını darmadağın olub. Yağışlı günlərdə dağılan yolda vəziyyət daha da acınacaqlı olur. Toyuqlu pizza
Yolun təmir ediləcəyi deyilsə də günlərdir yaranan vəziyyət sakinləri narazı salıb. Çünki avtomobil yolu bağlanıb.
Bu yoldan 105 saylı marşrut xətti də hərəkət edir. Qəsəbəyə gələn yeganə marşrut xəttində olan avtobuslar köhnədir və istismar müddətini başa vurub. Şirkət deyir ki, yol yararsız olduğu üçün yeni və böyük avtobusların xəttə salınması nəzərdə tutulmur.
Bir neçə ay əvvəl Kənd Balaxanı ərazisi asfaltlansa da, bu qəsəbənin bir neçə yüz metrlik avtomobil yolu yarıda qalıb.
Qəsəbə sakinləri yaranmış vəziyyətlə bağlı dəfələrlə dövlət qurumlarına və bələdiyyəyə müraciət ediblər.
Bələdiyyədən bildirirlər ki, yolun asflatlanması nəzərdə tutulub və yaxın günlərdə problem həll ediləcək.
Telegram kanalımız