Akşener Kıçıldaroğlunun qarşısında ağır şərt qoydu

saytların hazırlanması

Evə çatdırılma

Akşener Kıçıldaroğlunun qarşısında ağır şərt qoydu

Siyasət

09 İyun 2023 14:25 763


Türkiyənin İYİ Partiyası ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq üçün şərtini açıqlayıb. 

Modern.az xəbər verir ki, bu barədə İYİ Partiyasının sədr müavini Erhan Usta danışıb.

"Yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya buraxılması şərtilə CHP ilə əməkdaşlıq edilə bilər",- o deyib. Pepperoni pizza

İYİ Partiyasının əvvəlki seçkilərdə böyük şəhər bələdiyyələrini tələb etmədiyini bildirən sədr müavini, “bu, sırf mövcud siyasi mühiti dəyişmək üçün edilən əməkdaşlıq idi”, - deyə qeyd edib. 

“Siyasi partiyalar bir araya gələndə ancaq bir tərəfin fədakarlıq etməsini gözləmək olmaz", - Erhan Usta CHP-yə səslənib.

Meral Akşenerin rəhbəri oldu partiyanın əməkdaşlıq təklifinə Kemal Kılıçdaroğlunun liderlik etdiyi CHP-nin necə reaksiya verəcəyi maraq doğurur. Onu da bildirək ki, Akşenerin Kılıçdaroğlunun müxalifətin prezidentliyə namizədi olmasına münasibəti birmənalı olmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!