AZAL-ın təyyarəsinin qəzaya uğraması:   Rusiyada cinayət işinə xitam verildi

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın təyyarəsinin qəzaya uğraması: Rusiyada cinayət işinə xitam verildi

Rəsmi

26 Dekabr 2025 17:03 1220


“Bizim gözləntimiz Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə olan açıqlamalarına, üzrxahlığına uyğun olaraq prosesin başa çatdırılmasıdır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinə xitam verilməsinə dair məktub göndərib: “Bu bizdə ciddi təəccüb doğurdu. Həmin məktuba müvafiq qurumlar tərəfindən ciddi təfsilatlı mövqe ortaya qoyulub. Bizim gözləntimiz prosesin iki ölkə lideri arasında aparılan danışıqlara uyğun olaraq başa çatdırılmasıdır”. Toyuqlu pizza

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!