Aktyorun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunan tamaşanın premyerası olacaq

saytların hazırlanması

Evə çatdırılma

Aktyorun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunan tamaşanın premyerası olacaq

Mədəniyyət

04 Dekabr 2025 15:27 796


Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.

"Yeni Sabah" xəbər verir ki, dekabrın 5-də Korney Çukovskinin məşhur “Aybolit” şeiri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının premyerası olacaq.

Əsər əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb. Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub.  Dördpendirli pizza

Balacalar fərqli pesronajların timsalında həm onları əhatə edən ətraf aləm barədə məlumatlanacaq, həm də dostluq, birlik və xeyirxahlıq haqqında təsəvvürlərini genişləndirəcəklər.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Səhnə nümunəsində obrazları Əməkdar artistlər  Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev, aktyorlar Elnur Abbasquliyev, Aygül Ağayeva, Elnur Xəlilov, Samirə Nəcəfova, Bayram Ağamalıyev, Yasin Abbasov, Məmmədşah Təhməzov və Könül Nəsibova canlandırırlar.

Onu da qeyd edək ki, tamaşa qocaman kuklaçı, Respublikanın əməkdar artisti Rəman Rəhmanovun səhnə fəaliyyətinin 55 illiyinə həsr olunub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!