Aktyorun ölümü ilə bağlı araşdırma tələb olunur

saytların hazırlanması

Evə çatdırılma

Aktyorun ölümü ilə bağlı araşdırma tələb olunur

Dünya

12 Yanvar 2024 22:53 651


“Parazit” və “Qardalan” filmlərinin yaradıcısı Bonq Joon Ho Cənubi Koreyanın daha 2000 mədəniyyət xadimi ilə birlikdə aktyor Li Son Gyunun ölümünün araşdırılmasını tələb edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mədəniyyət xadimləri arasında həmrəylik birliyi yaradan kino sənayesi işçiləri bəyanat yayaraq 48 yaşlı sənətçinin ölümünün səbəblərinə aydınlıq gətirilməsini istəyiblər. 

Qeyd edək ki, Li Son Seulun mərkəzi parkında avtomobildə ölü tapılıb. Bəzi versiyalara görə, ölümün səbəbi intihar olub. Aktyorun həyat yoldaşı evdə intihar məktubu da tapıb.  pizza sifarişi

Xatırladaq ki, aktyor daha əvvəl narkotikdən isitfadə etməsi şübhəsi ilə polisdə dindirilib. Li Sonq testlərdən keçib və nəticələr mənfi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!