“AL Market”lər bağlanır? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“AL Market”lər bağlanır? - AÇIQLAMA

İqtisadiyyat

07 May 2025 14:31 944


Ölkə ərazisində yüzlərlə filialı olan "AL Market" mağazalar şəbəkəsinin bir çox filiallarının bağlanması ilə bağlı məlumat yayılıb.

Bağlanan filiallar həm Bakı, həm də bir çox bölgələri əhatə edir.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən şəbəkənin marketinq üzrə baş mütəxəssisi Məlahət Əsədova faktı təsdiqləyib. Sezar pizza

O qeyd edib ki, söhbət müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyətinin dayandırılmasından gedir: “Azərbaycanın aparıcı endirim mağazalar şəbəkəsi olan “AL Market”, xidmət keyfiyyətini yüksəltmək və beynəlxalq standartlara uyğun alış-veriş mühiti yaratmaq məqsədilə genişmiqyaslı yenidənqurma prosesinə start verib. Bu çərçivədə müasir tələblərə cavab verməyən bəzi filialların fəaliyyəti dayandırılıb, eyni zamanda daha funksional və rahat mağazaların açılışı həyata keçirilir”.

Bağlanan filiallarda çalışan işçilərin işdən çıxarılıb-çıxarılmayacağı məsələsinə gəlincə isə M.Əsədova vurğulayıb ki, həmin filiallarda çalışan əməkdaşların hər biri ilə fərdi şəkildə görüşlər keçirilib, alternativ iş yerləri təklif olunub.

“Artıq 250-dən çox əməkdaş yeni işlə təmin olunub”, - deyə mütəxəssis qeyd edib.

Xatırladaq ki, ilin əvvəlində də “AL Market” mağazalar şəbəkəsinin bir neçə filialının fəaliyyətini dayandıracağı ilə bağlı yayılmışdı. (Oxu.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!