Albaniya prezidenti Azərbaycana gələcək

saytların hazırlanması

Evə çatdırılma

Albaniya prezidenti Azərbaycana gələcək

Siyasət

01 Fevral 2019 20:07 978


Albaniya prezidenti İlir Meta mart ayında Bakıya gələcək. 

O, martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, Albaniya Prezidenti İlir Meta Bakıda keçirilən əvvlki forumlarda da iştirak edib. Artıq 5 ildən çoxdur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniya hökuməti ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Albaniyanın üç sabiq prezidenti - Bujar Nishani, Rexhep Meidani, Sali Berisha Mərkəzin üzvləridir. Toyuqlu pizza

Xatırladaq ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!