Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Albaniyanın Britaniyaya təyin olunan yeni səfirinin qanunsuz miqrant olması üzə çıxdı

Dünya

24 Dekabr 2023 14:50 678


Albaniyanın Böyük Britaniyaya təyin olunan yeni səfiri Uran Ferizinin qanunsuz miqrant olması üzə çıxıb.

Uran Ferizi 1998-ci ildə qanunsuz olaraq Birləşmiş Krallığa daxil olub və öz mənşəyi barədə yalan danışıb.

Ferizi Kosovadakı müharibədən qaçdıqdan sonra ingilis qadınla ailə quraraq ölkədə qalmaq üçün icazə almağı bacarıb. Dördpendirli pizza

Bildirilir ki, Ferizi Oksfordda təhsil alıb, daha sonra “JP Morgan”ın London filialında maliyyə analitiki kimi çalışıb və ABŞ-də elmi araşdırmalar aparıb. O, heç vaxt diplomatik xidmətdə olmayıb, lakin indiki Alban hökuməti ilə sıx əlaqə saxlayır.

Qeyd olunur ki, keçmiş qeyri-qanuni mühacir Ferizi mühüm hissəsini Albaniyadan gələn qonaqlar təşkil edən qeyri-qanuni miqrasiya məsələlərində Britaniya hakimiyyəti ilə əməkdaşlıq etməli olacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!