Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçildi

saytların hazırlanması

Evə çatdırılma

Aleksandr İsak İsveçdə ilin ən yaxşı futbolçusu seçildi

İdman

20 Dekabr 2025 00:35 736


İngiltərənin "Liverpul" klubunun hücumçusu Aleksandr İsak İsveçdə ilin ən yaxşı oyunçusuna verilən "Qızıl top" mükafatını qazanıb.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, futbolçuya mükafat İsveç Futbol Assosiasiyası və "Aftonbladet" qəzeti ilə əməkdaşlıq çərçivəsində təqdim olunub.

2025-ci ildə 26 yaşlı İsak "Nyukasl", "Liverpul" və İsveç milli komandasında 42 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. O, mükafat uğrunda "Arsenal"ın hücumçusu Viktor Dyekereşi geridə qoyub. pizza mizza

Qeyd edək ki, İsak bu ilin sentyabrında 145 milyon avroya "Nyukasl"dan "Liverpul"a transfer olunub. O, cari mövsüm "mersisaydlılar"ın heyətində bütün turnirlərdə 15 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!