Aleyna Tilki Bakıda konsert verdi

saytların hazırlanması

Evə çatdırılma

Aleyna Tilki Bakıda konsert verdi

Şou

24 Mart 2019 01:11 1087


Türkiyəli pop müğənni  Aleyna Tilki  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala qapısında, xalq konsertləri çərçivəsində solo konsert proqramı ilə çıxış edib.

Pop ulduz ilk olaraq “Sen olsan bari” mahnısını ifa edib. Bundan əlavə, Aleyna həmkarı Gülşənin repertuarından “Bangır, bangır” mahnısına müraciət edib.

Açıq havada təşkil olunan konsertdə Aleyna repertuarında olan sevilən və hit mahnıları arda-arda düzüb. Türkiyəli ifaçının səhnədəki perfomansı və cəsarətli rəqsləri paytaxt sakinləri ilə yanaşı turistlərə də əyləncə dolu anlar yaşadıb. Qeyd edək ki, Aleyna Tilki Türkiyədə qısa müddətdə şöhrət tapıb. İfaçı ötən il İstanbulda ənənəli şəkildə keçirilən 45-ci “Altın Kələbək” mükafatatlandırma mərasimində “Ən yaxşı qadın müğənnisi” nominasiyası üzrə mükafata sahib olub.  Dördpendirli pizza

Oxu.Az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!