Azərbaycan tarixi günlər yaşanır. Ölkə növbəti dəfə Zəfər Gününü qeyd etməyə hazırlaşır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bu qələbənin kökündə düşünülmüş siyasətin dayandığını bildirib:
“İlk növbədə onu qeyd edim ki, 44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin ən parlaq qələbəsi ilə yekunlaşdı. Bunun kökündə isə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Vətən Müharibəsinədək yürütdüyü düşünülmüş, ağıllı strategiya, psinsipiallıq, qətiyyətlilik dayanırdı və bunun nəticəsində qələbə qazandıq. Biz gördük ki, Azərbaycan Prezidenti ilk növbədə güclü, müstəqil iqtisadiyyatı formalaşdırdı. Bununla yanaşı, ən müasir texnologiya, silah-sursata, hərbi texnikaya yiyələnmiş, ləyaqətli formada müharibə aparan ordu quruculuğunun şahidi olduq. Azərbaycan Prezidentinin qurduğu düzgün strategiya nəticəsində Azərbaycasn 44 günlük müharibədə möhtəşəm qələbə qazandı. Döyüş meydanında şəhidlərimizin qanı, canı bahasına, igid əsgərlərimizin sağlamlığı bahasına, bütövlükdə ordumuzun rəşadəti nəticəsində və Azərbaycan Prezidentinin 44 gün ərzində düzgün hərbi təlimatları verməsi nəticəsində döyüş meydanında tarixi qələbəni qazandıq. Azərbaycan Prezidenti Vətən Müharibəsindən sonra da qeyd etdi ki, biz hər növbəti günün döyüş əməliyyatını bir gün öncədən planlaşdırırdıq, təlimatlar, tapşırıqlar, əmrlər verilirdi. 44 gün ərzində də gördük ki, Azərbaycan ordusu bir addım belə geri atmadan, yalnız irəliyə gedərək düşməni tarixi torpaqlarımızdan qovdu”. pizza mizza
Onun sözlərinə görə Azərbaycan təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsində və erməni havadarları üzərində də qələbə qazandı:
“Azərbaycan təkcə Ermənistan üzərində qələbə qazanmadı, eyni zamanda dünya erməni faşizmini, erməni havadarları üzərində də qələbə qazandı. Əlbəttə, 44 gün ərzində biz gördük ki, Azərbaycan prezidentinə nə qədər təzyiqlər oldu. Başda Fransa olmaqla, bir sıra ölkələr tərəfindən təzyiq göstərməyə çalışdılar, amma Azərbaycan Prezidenti hər birinə sinə gərməyi bacardı və onların layiq olduqları kimi cavablarını verdi. Digər tərəfdən biz gördük ki, 44 gün ərzində Ermənitana müxtəlif istiqamətlərdən durmadan silah-sursat daşındı. Əlbəttə, onlar Azərbaycan Oordusu qarşısında tab gətirə bilmədilər, çünki Müzəffər Ali Baş Komandanımız tərəfindən döyüş əməliyyatlarına şəxsən nəzarət edilirdi. Digər tərəfdən isə Azərbaycan təkcə döyüş meydanında qalib gəlmədi, Azərbaycan paralel olaraq informasiya müharibəsində də qələbə qazandı, 44 gün ərzində 30-dan çox dünyanın aparıcı media nümayəndələrinin suallarını Azərbaycan Prezidentinin nə qədər diplomatik və tarixi faktlara söykənən fikirlərlə cavablandırmasını gördük. Hətta bəzi media nümayəndələri özlərini prokuror kimi apararaq Azərbaycanı ittiham etməyə çalışırdı və bu ittihamlar hər dəfə əsassız olurdu. Çalışırdılar ki, saxta faktlar üzərindən Azərbaycanı ittiham etsinlər, amma Azərbaycan Prezidenti onlara master-klas göstərdi. Elə onların ölkələrində olan faktlarla özlərini susdurdu. Azərbaycan Prezidenti informasiya müstəvisində də Azərbaycanın haqq səsini dünyaya çatdırdı”.
C.Osmanov milli həmrəyliyin də müharibənin qələbə ilə başa çatmasında böyük rolu olduğunu qeyd edib:
“Üçüncü istiqamətə - diplomatik istiqamətə də Azərbaycan Prezidenti şəxsən özü rəhbərlik edirdi. Biz gördük ki, bu müstəvidə o, qələbə qazandı. Azərbaycana qarşı yönəlmiş saxta qətnamələrin qəbul olunması istiqamətində atılan addımların qarşısı da məhz Azərbaycan Prezidenti tərəfindən qətiyyətlə alındı.
Xalqa hər dəfə müraciətindən sonra xalq ruhlanaraq daha da sıx birləşirdi, igid əsgər və zabitlərimiz daha da irəliyə can atırdılar. Bunlar hamısı vacib məsələ idi. Bu milli həmrəylik İlham Əliyevə olan inamın təzahürü idi. Dünya azərbaycanlıları da Cənab İlham Əliyevə inanırdılar. Onların bütün ümidləri 44 gündə reallığa çevrildi. Bütün Azərbaycan xalqı gördü ki, dahi sərkərdənin, Müzəffər Ali Baş Komandanın ətrafında həmrəylik nümayiş etdirməklə torpaqlarımızı işğaldan azad etdik. Heç şübhəsiz, Cənab İlham Əliyev faktoru müharibə əldə etdiyimiz qələbədə bir nömrəli faktordur.
Fürsətdən istifadə edərək başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün dünya azərbaycanlılarını Zəfər Günü münasibətilə təbrik edirəm!”
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız