Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet Şərqi Türküstan (uyğur) hesabatının dərcini gecikdirməkdə ittiham olunur.
Yenisabah.az xəbər verir ki, Baçelet Çinə səfəri zamanı rəsmi Pekinin uyğurlara münasibətinə yetərincə toxunmadığına və həqiqəti gizlətməyə sövq etdiyinə görə insan haqları müdafiəçiləri tərəfindən tənqid edilir.
Ali komissarın keçən ilin sonunda yekunlaşdırdığı Şərqi Türküstan hesabatını dərc edəcəyi gözlənilirdi. Hesabatda Çinin uyğurlara qarşı insan haqlarını pozduğuna dair sübutların olduğu güman edilirdi. Lakin Baçelet uzun müddətdir ki, nədənsə hesabatı dərc etməkdən çəkinir. Marqarita pizza
Telegram kanalımız