Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq

Sosial

15 Fevral 2019 15:53 998


Azərbaycanda 2019-2020-ci tədris ili üçün ali məktəblərdə dövlət sifarişli yerlərin sayı artırılacaq.

“Yeni Sabah” xəbər verir ki,  bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bununla bağlı sənəd layihəsinin Nazirlər Kabinetində artıq təsdiq olunma mərhələsində olduğunu deyib. Toyuqlu pizza

C.Bayramov əlavə edib ki, ötən illə müqayisədə dövlət sifarişli yerlərin sayı 12 324 yerdən 20 500 yerədək artırılıb:

“Hesab edirik ki, bu tendensiya növbəti illərdə də davam edəcək. Növbəti tədris ili üçün ali təhsil müəssisələrinin proqnoz yerlərinin sayında dövlət sifarişli yerlər 42 faiz təşkil edəcək. 2018-2019-cui tədris ilində bu təxminən 30 faiz idi”.

Təhsil nazirinin sözlərinə görə, 2019-cu ilin dövlət büdcəsində ali təhsil sistemində dövlət sifarişli yerlərin maliyyələşdirilməsi üçün əlavə maliyyə vəsaitlərinin ayrılması nəzərdə tutulur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!