Ali məktəblərdə geyim qadağası: Heç kəs insanın əxlaqını libasına görə...

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərdə geyim qadağası: Heç kəs insanın əxlaqını libasına görə...

Sosial

20 Avqust 2024 14:28 1726


Cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri də şagird və tələbə qızların geyimləridir. Onların geyimlərinin, ətəklərini qısalığı bir sıra müəllimləri narahat edir. Hətta bu narahatlığı sosial şəbəkələrdə uzun yazılarla post paylaşaraq ifadə edənlər də olur. Ancaq bu fikirləri birmənalı qarşılamayanlar da var. Bir sıra şəxslər məktəblərdə, təhsil sahəsində geyimdən daha vacib nüansların müzakirə mövzusu olmasını tövsiyə edir. Bəs ekspertlərin sözügedən məsələdə rəyi necədir?

Psixoloq-pedaqoq Zeynəb Əyyubova “Yeni Sabah”a bildirib ki, belə mövzulara həssas yanaşmaq, qızlarımıza təbliğ etdiklərimizi sevdirmək lazımdır:

“Məktəblər öncədən valideyn qruplarına, müəllimlərə xəbərdarlıq edir və geyimlərin, ətəklərin dizdən yuxarı olmamasını tövsiyə edir. Əslində, bu mövzuda məktəb öncədən üzərinə düşəni edir. Bir uşaq təlim-tərbiyə ocağına təhsil almaq üçün yollanmalıdır. Qız uşağı 15-16 yaşında seks qoxmalı deyil. O, uşaq, yeniyetmə, şagird kimi görünməlidir. Təəssüflər olsun ki, bəzi məktəblərdə seminarlar təşkil edəndə biz bu xoşagəlməz mənzərənin şahidi oluruq. Saçlarının rəngi 2-3 rəng olan, qeyri-adi sırğalar taxan, ətəkləri qısa olan qızlarla qarşılaşırıq. Nəzərə alsaq ki, məktəbdə kişi müəllimlər, yeniyetməliyə keçid dövründə olan, hormonal dəyişikliyə uğrayan oğlanlar var, bu mənada tövsiyə edə bilərik ki, təhsil ocağı təlim-tərbiyə qoxmalıdır. pizza sifarişi

Hər bir məsləhətin deyilmə tərzi var. Deyir, nərdivanla göyə də qalxmaq olur, yerin dibinə enmək də... Biz isə elə etməliyik ki, düzgün təbliğat edək və yüksəklərə çıxaq. Biz qızlara nəyisə məsləhət görəndə təbliğ etdiklərimizi sevdirməyi bacaraq, çalışaq ki, onlar bu deyilən qaydalara nifrət etməsin. Bütün bunların düzgün formada reallaşdırılması üçün məktəblərdə bu işi görənlər, psixoloqlar olmalıdır”.

Təhsil eksperti Cahid İmanlı isə mövzu ilə bağlı "Yeni Sabah"a açıqlamasında bir sıra vacib məqamı diqqətə çatdırıb:

“Təhsildə humanizm deyə bir anlayış var. Humanizm bildiyimiz kimi, insan azadlığını, haqlarını əks etdirir. Geyim isə insanın ən şəxsi, ümdə azadlığını təmsil edir. Orta məktəblərdə geyimlərə, məktəbli formalarına hər hansı normalar tətbiq olunur. Ancaq bu ali təhsil müəssisələrinə aid edilməməlidir. Mən bunun tamamilə əleyhinəyəm. Bir insanın necə geyinməsi onun şəxsi gigiyenik vasitəsi sayılır. Elə insan var ki, bəzi geyimlərdə ümumiyyətlə özünü narahat hiss edir. Bu, həmin şəxsin psixoloji durumudur və artıq yaşayış tərzinə çevrilib. Məsələn, təsəvvür edək ki, ailədə uşaq onun geyimində heç bir qadağa olmadan formalaşıb. Birdən-birə universitetə daxil olan zaman ona müəyyən qadağaların qoyulması həmin şəxsdə psixoloji travma yarada bilər. Sadalananlar universitet səviyyəsində qadağan olunacaq məqamlar deyil. Tələbələrə bu kimi anlayışlar təbliğ edilə bilər. Ancaq cəzalandırmaq doğru deyil. Orta məktəblərə gəldikdə isə, Elm və Təhsil Nazirliyinin tam qərarı olmasa da, hər bir orta məktəbin nizamnaməsinə əsasən, şagirdlərin geyim forması müəyyənləşir. Burada da çox qadağalara getmək lazım deyil.

Bizim təhsil sistemində şagirdin elm və savadından savayı nə varsa, hamısına fikir veririk. Bu, belə olmamalıdır. Biz şagirdin davranışlarına diqqət etməliyik. Şagirdin geyimi yaxşı, yaxud da nümunəvi ola bilər. Ancaq onun etikası yerində deyilsə, müsbət mənada hansı məqamdan danışmaq olar? Heç kəs insanın geyiminə görə əxlaqını müəyyən edə bilməz”.  

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!