Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başladı

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başladı

Sosial

09 Sentyabr 2024 18:33 342


Sentyabrın 9-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, elektron sistem üzrə qeydiyyat 16 sentyabr saat 18:00-da başa çatacaq. Dominos pizza

Abituriyentlər https://portal.edu.az/ sistemi vasitəsilə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Qeyd edək ki, müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!