Alimlər üçün tikilən başıbəlalı bina –   Alan kim, satan kim?

saytların hazırlanması

Evə çatdırılma

Alimlər üçün tikilən başıbəlalı bina – Alan kim, satan kim?

Xalqın səsi

03 İyun 2019 08:42 2297


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri üçün prezidentin sərəncamına əsasən tikilən binada alimlərə evlərin çatmaması, akademiya rəhbərliyi tərəfindən həmin mənzillərin ələ keçirilməsi ilə bağlı problemlər səngimək bilmir.

“Yeni Sabah” xəbər verir ki, təxminən 8 il öncə “Aspirantlar” yataqxanasında yaşayan 118 ailə prezidentə müraciət edib. Müraciətdən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. 

“Evro Story-S” MMC (indiki adı "Sipark İnşaat")  ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu, Şərifzadə – 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin 65 kvadratmetrdən az olmayaraq, mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.  pizza

Bina alimlər üçün nəzərdə tutulsa da, illərdir onun tikinti şirkəti və AMEA rəhbərliyi tərəfindən başqalarına satılması, yataqxanada yaşayan bir çox alimlərin ev ala bilməməsi ilə nəticələnib.

Həmin vaxt AMEA rəsmisinin verdiyi məlumata görə, bina AMEA ilə "Evrostroy-S" MMC arasında bağlanmış 14 noyabr 2012-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxanada yaşayan AMEA-nın işçilərinin həmin ərazidə yeni inşa edilən binalarda mənzillə təmin edilməsi nəzərdə tutulmuşdu.

Müqavilə ilə əlaqədar ilk mərhələdə yataqxanada qeydiyyatda olan və hazırda orada yaşayan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 54 AMEA əməkdaşına mənzil verilib. Növbəti mərhələdə binadakı qalan mənzillərin yataqxana qeydiyyatında olan, amma müəyyən səbəbdən orada yaşamayan, mənzilə ehtiyacı olan elmlər və fəlsəfə doktorlarına verilməsi gözlənilirdi. 

Lakin bir çoxları hələ də mənzil ala bilməyiblər. Son olaraq isə binada bir çox mənzillərin akademiya rəhbərliyi tərəfindən ələ keçirildiyi bəlli olub.

Qeyd edək ki, binanın tikintisi ilə bağlı problemlər zaman-zaman ictimailəşdirilib.

Onu da bildirək ki, daşınmaz əmlak alqı-satqısı saytlarında alimlər üçün tikilmiş binada olan mənzillərin satılması ilə bağlı kifayət qədər elanlara rast gəlmək mümkündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!